Gürcüstan sakini Zaqatalada qətlə yetirildi
Zaqatalada üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən gecə saat 23:30 radələrində rayonun Əliabad qəsəbəsində, yolun kənarında üzərində bıçaq xəsarətləri olan naməlum kişi meyiti tapılıb. ilkin araşdırma zamanı məlum olub ki, üzərində bıçaq xəsarətləri olan şəxs 1975-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı İldırım Cahangir oğlu Musailiyevdir
Hazırda Zaqatala rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları İldırım Musailiyevin kim və yaxud kimlər tərəfindən, hansı şəraitdə qətlə yetirilməsi faktını araşdırır. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb.