Ukrayna daha bir şəhəri separatçılardan azad etdi, Luqansk və Donetskə hücum hazırlanır


Ukrayna Milli Qvardiyasının birləşmələri Qorskoye şəhərini separatçılardan azad ediblər. APA TV-nin məlumatına görə, Ukrayna tərəfi əməliyyat zamanı itki verməyib. Milli Təhlükəsizlik Şurasının spikeri Andrey Lısenko keçirdiyi brifinqdə bildirib ki, yaxın zamanlarda separatçıların nəzarətində olan Luqansk şəhəri də azad ediləcək. Luqanskın azad edilməsi əməliyyatına ordu birləşmələri ilə yanaşı güc strukturlarına tabe olan xüsusi təyinatlı birləşmələr də cəlb olunub. Artıq Urkayna hərbçiləri Donetsk ətrafında yerləşən qəsəbələrin azad edilməsi əməliyyatına start veriblər. Əməliyyat nəticəsində şəhərin mühasirəsi daraldılıb və yaxın zamanlara kimi separatçıların istifadə etdiyi yollar nəzarətə götürülüb. Donetsk şəhər mərkəzinin azad edilməsi əməliyyatının bir neçə gün ərzində reallaşacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv