İsmayıllıda yol qəzası! İki nəfər yaralandı!

İsmayıllıda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı yolunun 10-cu kilometrliyində, Kürdmaşı kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” və “Mersedes” markalı iki avtomobilin toqquşması nəticəsində Kürdmaşı kənd sakinləri, 1975-ci il təvəllüdlü Cəbiyev Zaur Həsən oğlu və 1990-cı il təvəllüdlü Cəbiyev Elxan İrik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov