DİQQƏT! Satışda saxta qızıllar var! - Dələduzların etirafı!

Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsi və narkotiklərlə mübarizə bölməsinin birgə keçirdiyi əməliyyatı zamanı vətəndaşları aldadaraq onlara qızıl adı ilə metal əşyalar satan Tərtər rayon sakini, 46 yaşlı Təvəkkül Həsənov və onun həmkəndlisi, 30 yaşlı Kənan Nəcəfov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər ümumi çəkisi 100 qramdan çox olan 7 ədəd saxta mis və gümüş tərkibli boyunbağını Sumqayıt və Bakının müxtəlif ərazilərində sataraq vətəndaşlara maddi ziyan vurublar.

 

Müstəntiq İlqar Həmidovun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, 2 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri tərkibində qızıl olmayan mis metalları qızıl suyuna salaraq Sumqayıt şəhərində 15 -16 yerdə, Bakı şəhərində isə sayı dəqiq bilinməyən sayda satıblar.

 

Polis idarəsindən bildirilib ki, artıq satışda saxta qızılların olması da istisna edilmir. Qeyd olunan 7 ədəd qızıl boyunbağı Kənan Nəcəfovun yaxın tanışı olan Günel adlı xanımın şəxsiyyət vəsiqəsi ilə satılıb.

 

Saxlanılan Təvəkkül Həsənov əməlindən peşman olduğunu deyib. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət içi başlanıb. Araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Apa.tv