Gəncədə “Jiquli” “Opel”lə toqquşdu, iki ağır ayarlı var

Gəncədə 2 nəfərin ağır yaralanması ilə nəticələn ağır yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 13 radələrində şəhərin Cavad Xan küçəsində qeydə alınıb. Göygol sakini, 27 yaşlı Raqif Əliyev idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən, Gəncə sakini 34 yaşlı Ülvi Ələkbərovun idarə etdiyi “Opel” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan “VAZ-21011”in sürücüsü və onun sərnişini Araz Qurbanov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti orta ağır olaraq qalır.

İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.


 

Müəllif | Apa.Tv
Azər Məmmədli