Astarada reyd zamanı 50 avtomobil saxlanıb

Astara Dövlət Yol Polisi və Ekologiya Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi idarəsi, «Təmiz hava» aylığı çərçivəsində Astara rayonu ərazisində reyd keçirib. APA TV-nin Cənub bürosunun məlumatına görə, 3 saat davam edən reyd zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Havaya buraxılan dəm qazının normadan artıq olması səbəbilə 30-dan artıq inzibati protokol tərtib edilib.

 

Bəzi sürücülər isə yanacağın keyfiyyətinin aşağı olduğunu, bu səbəbdən mühərriklərin sıradan çıxdığını deyiblər. Reyd zamanı eləcə də avtomaşınlara əlavə avadanlıqlar quraşdıran, texniki baxışdan keçməyən nəqliyyat vasitələrini idarə edən, sürücülük hüquqi olmadan avtomaşını idarə edən sürücülər saxlanıb və onların maşınları cərimə meydançasına göndərilib.


Qeyd edək ki, analoji reydlər cənub bölgəsinin digər rayonlarında da keçiriləcək.
Müxbir: Ağaddin Babayev, operator Rövşən Əzimov.

Müəllif | Apa.Tv
Apa.tv