Azərbaycan Ordusunun zabiti minaya düşüb
Azərbaycan Ordusunun zabiti minaya düşüb. APA TV-nin məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan ordusunun baş leytenantı Qurban Əliyev qoşunların təmas xəttində minaya düşüb. Nəticədə ağır yaralanan zabit hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə faktı təsdiqləyiblər. Yaralı zabitin vəziyyəti ağır qiymətləndirilir.