Saakaşvili barəsində axtarış elan olunub

Gürcüstanda ölkənin sabiq prezidenti Mixail Saakaşvili barəsində axtarış elan olunub. APA TV-nin “Qruziya-onlayn” saytına istinadən verdiyi xəbərə görə, o, Gürcüstan sərhədini keçən kimi saxlanılacaq. İyulun 28-də  Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin  başlandığını elan edib. Sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması və vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb. Bundan başqa, Gürcüstan Respublikası Baş Prokurorluğu onun 8,8 milyon lari (təxminən 5 milyon ABŞ dolları) miqdarında dövlət vəsaitini mənimsədiyini iddia edir.

 

Saakaşvilinin adı həmçinin 2005-ci ildə Gürcüstan Parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilində çəkilir.

 

Müəllif | Apa.Tv