Prezident Ərdoğan ilk səfərini Azərbaycana edəcək
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğan bu postda ilk səfərini Azərbaycana edəcək. APA TV-nin məlumatına görə, yeni prezident öz səfər proqramını AKP-nin yaranmasının ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Türkiyə prezident və baş nazirlərinin yeni postda səfər edəcəyi ilk ölkələrin siyahısı dəyişməyəcək və Ərdoğan da ilk səfərini Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə edəcək.
Ərdoğan yeni baş nazirin seçilməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, hökumət başçısının adı partiyanın ali icra orqanının 22 avqustda keçiriləcək toplantısında müəyyənləşəcək. Prezident yeni baş nazirə hökumət qurmaq səlahiyyətinin 29 avqustda verilə biləcəyini deyib.