Bakı sakinini şəhər mərkəzində güllələdilər


Bakının mərkəzində güllələnmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə paytaxtın Səbail rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 31 yaşlı Samir Fazil oğlu Mehbalıyev naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Belindən güllə yarası alan Samir Mehbalıyev Klinik Tibbi Mərkəzə yerləşdirilib. Mərkəzdən APA-ya faktı təsdiqləyiblər. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
 

Müəllif | Apa.Tv
Apa.tv