İraqın baş naziri Nuri əl-Maliki istefa verdi
İraqın baş naziri Nuri əl-Maliki öz postundan istefa verib. APA TV-nin məlumatına görə, əl-Malikinin istefa xəbərini Qanun Dövləti Koalisiyasından millət vəkili Selah Abdurrazzak açıqlayıb. Onun sözlərinə görə, sabiq baş nazir öz səlahiyyətlərinin icrasını Heydər əl-İbadiyə tapşırıb. Bundan başqa Nuri əl-Maliki prezident Fuad Məsuma qarşı İraq Federal Məhkəməsində qaldırdığı iddianı geri götürəcəyini açıqlayıb. Baş nazirin iki şərt müqabilində istefa verdiyi bildirilir. Nuri əl-Maliki deyib ki, ona qarşı cinayət işi açılmaması və siyasətlə məşğul olmağa icazə verilməsi müqabilində postundan istefa verə bilər. Prezident bu şərtləri qəbul edib və yeni hökumət qurmaq səlahiyyətini Heydər əl-İbadiyə tapşırıb.