Nazirlikdən xəbərdarlıq: Azərbaycanda 43 dərəcə isti gözlənilir

Avqustun 16-dan başlayaraq ikinci ongünlüyün sonunadək bəzi yerlərdə havanın temperaturunun 43 dərəcəyə yüksələcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. APA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlıqda qeyd olunur ki, avqustun 16-dan başlayaraq ikinci ongünlüyün sonunadək Naxçıvan Muxtar Respublikasında və bəzi aran rayonlarında gündüz saatlarında maksimal temperaturun 40-43 dərəcəyə yüksələcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında isə 35-38, bəzi ərazilərdə 40 dərəcəyədək isti proqnozlaşdırılır.
 

Müəllif | Apa.Tv
Apa.tv