Suriyada daha bir azərbaycanlı öldürülüb

Suriyada daha bir azərbaycanlı öldürülüb. Yaxınlarının APA-ya verdiyi məlumata görə, Suriyada gedən döyüşlərdə öldürülən azərbaycanlı İŞİD qruplaşması tərkibində vuruşan Zərdab rayon sakini, 1982-ci il təvəllüdlü Ramin Ağasəf oğlu Abdullayevdir.

Ramin Abdullayevin ölüm xəbəri və meyitinin fotoları ailəsinə çatdırılıb. Ramin Abdullayev Suriyada dəfn edilib. Yaxınlarının dediyinə görə, bir uşaq atası olan Ramin Abdullayev uzun müddət Rusiyada yaşayıb.

Bir müddət əvvəl isə o, Zərdaba qayıdıb və döyüşmək üçün Suriyaya gedib.
 

Müəllif | Apa.Tv
Apa.tv