Qubada dini maarifləndirmə mövzusunda treninq keçirilib

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Milli Tolerantlıq Mərkəzi ilə birgə ölkə üzrə silsilə dini maarifləndirmə tədbirlərinə start verib. Seminar-treninqlərdən birincisi bu gün Quba şəhərində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarındakı müsəlman və digər dinləri təmsil edən dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirilib. Tədbirin açılışında çıxış edən İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov tolerantlıq anlayışı haqqında məlumat verib. O bildirib ki, Azərbaycanda uzun illərdir dinlərin, məzhəblərin dinc yanaşı yaşaması digər dövlətlərə də bir nümunədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Əliheydər Zülfüqarov bildirib ki, cəmiyyətdə istənilən dini dünyagörüşə hörmətlə yanaşılmalıdır. Silsilə treninqlər avqust-sentyabr ayları ərzində Şamaxı, Göyçay, Oğuz, Zaqatala Cəlilabad rayonlarında, həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçiriləcək.

 

Müəllif | Apa.Tv
Vəli Turan