Səfir: “Ermənistanla sərhədlərin açılması gündəmimizdə deyil”
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk səfər yeri olaraq Azərbaycanı seçməsi iki ölkə arasındakı münasibətlərin möhkəmliyindən xəbər verir. APA TV-nin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. O, ümid etdiyini bildirib ki, prezidentin gözlənilən səfəri tezliklə baş tutacaq.
“Səfər zamanı gündəmdə olan məsələlər, TANAP, Bakı-Tiflis-Qars layihəsi və digər əhəmiyyət daşıyan mövzular ətrafında müzakirə aparılacaq. Azərbaycan və Türkiyə arasındakı münasibətlər xüsusilə son illərdə yüksək səviyyədə olub, bundan sonra da bu münasibətlər artan templə inkişaf edəcək. Təmas xəttində baş verən gərginlik məsələsi də gündəmdə olacaq. Çünki, nəticədə əsgərlərimiz şəhid olub”.
Türkiyə mətbuatında Ermənistanla sərhədlərin açılacağı barədə yayılmış məlumatları şərh edən səfir qeyd edib ki, hazırda Türkiyədə belə bir məsələ müzakirə mövzusu deyil.