Heydər Əliyev prospektində maşın piyadanı vurdu

Gecə saatlarında paytaxtın Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən bir yol qəzası baş verib. Hadisə “Koroğlu” metro stansiyasının yaxınlığındakı  körpünün  altında  qeydə  alınıb. Təxminən 45-50  yaş  arası kişi yolu keçmək istəyərkən  Heydər  Əliyev  prospekti  ilə  hava limanı istiqamətində “Toyota  Camry” markalı  avtomobil  onu  vurub. Piyadanı vuran  avtomobilin  sürücüsü  yaralını  ağır  vəziyyətdə  3  saylı şəhər  kliniki  xəstəxanaya   çatdırıb.

 

Yaralının vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib.  Hadisə  yerində  olan  şahidlərin  sözlərinə  görə   qəza  yüksək  sürət səbəbindən baş verib. Qəzanın  dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın  rəyidən  sonra  məlum olacaq.

Müəllif | Apa.Tv