Maştağada ağır qəza: yaralılar var

Gecə saatlarında Bakının Maştağa qəsəbəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Məmmədyarov dairəsində qeydə alınıb.

 

34 yaşlı Telman Səfərov idarə etdiyi BYD markalı avtomobillə qəsəbədəki ara yoldan magistrala çıxmaq istəyərkən, Maştağadan Buzovna istiqamətində hərəkətdə olan  Elxan Cuvarovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayıb.

 

Qəza nəticəsində BYD-nın  sürücüsü  xəsarət  almasada, VAZ-2106-da olan sürücü  25 yaşlı Elxan Cuvarov və  sərnişinləri – 26 yaşlı Orxan  Məlikov, onun həmyaşıdı Mahmud Əhmədov  müxtəlif dərəcəli bədən xəsarətləri  alıblar. Yaralılar  hadisə  yerinə  çağrılan təcili  tibbi  yardım briqadasının  köməkliyi  ilə  3  saylı  şəhər  kliniki  xəstəxanaya  aparılıb.

 

Hadisənin səbəbinə gəlincə, BYD-nın sürücüsü Telman Səfərov  bildirib ki, VAZ-2106-nın  sürücüsü  avtomobili  magistral yolda  işıqsız idarə etdiyindən, o, avtomobili görməyib. Nəticədə qəza baş verib.

 

Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv