Ukrayna ordusu Luqansk şəhərinə daxil olub
Ukrayna ordusu separatçıların nəzarətində olan Luqansk şəhərinə daxil olub. APA TV-nin məlumatına görə, hücum dəstələri şəhər mərkəzinə doğru irəliləməkdədirlər. Artıq Luqansk aeroportuna gedən yol Ukrayna hərbçilərinin nəzarətinə keçib. Separatçıların güclü müqavimət göstərməsi səbəbilə hökumət qüvvələri şəhər mərkəzinə daxil ola bilmir. Luqanskda separatçılar bir neçə dəfə itirilmiş mövqeləri geri qaytarmağa cəhd etsələr də, buna nail olmayıblar. Hazırda Donbass vilayətinin beş iri şəhərində döyüşlər davam edir. Donetsk şəhərində gedən döyüşlər şəhər infrastrukturuna ciddi ziyan vurub.