Mehdiabadda qonaq getdiyi evdən qızıl oğurlayan qadın tutuldu

Abşeron rayonu Mehdiabad qəsəbə sakini Hüseynova Rəvanə Namiq qızı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək mənzilindən qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib. APA TV-nin məlumatına görə, qadın ifadəsində evdə rəfiqələri ilə olduğunu, onları yola salıb qayıtdıqdan sonra qızıl-zinət əşyalarının oğurlandığı bildirib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Hüseynovanın rəfiqələri polis idarəsinə dəvət olunub. Onlarla aparılan söhbət zamanı müəyyən edilib ki , rəfiqələrdən Behbudova Şirinbacı Ələkbər qızı ev sahibəsinin başının qarışdığını görərək qızılları oğurlayaraq çantasına qoyub.


Faktla bağlı Abşeron rayon Polis İdarəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb.
 

Müəllif | Apa.Tv