Şabranda “Chevrolet Niva” piyadanı vurub öldürüb

Şabranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA  TV-nin şimal bürosunun verdiyi xəbərə görə, hadisə Şabran-Taxtalar-Zeyvə yolunun 1-ci kilometrliyində qeydə alınıb. Şabran rayon sakini 1994-cü il təvəllüdlü Qasımov Mənsur Camaləddin oğlu idarə etdiyi "10-VS-740" dövlət nömrə nişanlı “Chevrolet Niva” markalı maşınla Şabran rayon sakini 1997-ci il təvəllüdlü Şahbazov İlkin Nəbi oğlunu vurub. Piyada İlkin Şahbazov aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan