Rusiyanın yardımı Ukraynaya buraxılmayıb

Rusiyadan Ukraynaya gedən 270 maşınlıq yardım sərhəddə gözlətdirilir. Bu gözləmənin nə qədər sürəcəyi isə bilinmir.

Cümə günü Rusiyadan çıxan yardım kortejini rus əsgərləri müşaiət edib. Ukrayna tərəfi Rusiyadan gələn yardım maşınlarının vurulması ilə bağlı məlumat yaysa da, Rusiya bu xəbərləri yalanlayıb. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda isə qeyd olunur ki, yardım korteji Ukraynaya girməyib.

Maşınlar Donetskdən 40 kilometr aralıdakı sərhəddə gözlədilir.

Seperatçıların liderindən olan Aleksandr Zakarçenkonun sözlərinə görə, yardım korteji ilə bərabər gələn 1200 əsgər artıq onlara qoşulub. 

Müəllif | Apa.Tv