İŞİD-in Suriyada bir qəbilənin 700 üzvünü öldürdü
“İslam Dövləti” terror qruplaşması (əvvəlki adı İraq Şam İslam Dövləti - İŞİD) hər gün onlarla insanın həyatına son qoyur.
Suriya İnsan Hüquqlarının Monitorinq Qrupu İŞİD-in son iki həftə ərzində Suriyada təkcə bir qəbilənin 700-dən çox üzvünü öldürdüyünü açıqlayıb.
İŞİD silahlılarının qətlima məruz qoyduğu həmin qəbilə Suriyanın şərqində yaşayan əl-Şəittaat qəbiləsidir.
Qeyd edək ki, Suriyanın Hələb şəhərini ələ keçirmək istəyən terror təşkilatı ötən günlərdə hücumlarını davam etdirərək 20-ə yaxın kəndi nəzarəti altına alıb. Terror qruplaşması İraqda da bu kimi oxşar cinayət hadisələri törətməyə davam edir.