Havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Həftə sonundan başlayaraq yüksələn havanın tempraturu növbəti həftədə də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, həftə ərzində Bakıda və Abşeron yarımadasında 35-38, Naxçıvan Muxtar Respublikasında və bəzi aran rayonlarında gündüz saatlarında maksimal temperaturun 40 dərəcəyədək yüksələcəyi gözlənilir.        

 

Avqustun 17- və 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-şərq  küləyi əsəcək.  Havanın temperaturunun gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında avqustun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda isə gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

 

Müəllif | Apa.Tv