Maştağada “Nissan” və “Toyota” toqquşdu, xəsarət alan var

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, Pərvin Əhmədovun idarə etdiyi “Nissan” markalı avtomobillə Seymur Cəfərlinin idarə etdiyi "Toyota" markalı maşın toqquşub.

 

İlkin ehtimala görə, qəzaya “Nissan”ın qəflətən “Toyota”nın yoluna çıxması səbəb olub.

 

Hadisə nəticəsində “Nissan”ın sürücüsü Seymur Cəfərli xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv