Bakıda “Chevrolet” yol kənarında dayanan VAZ-2107-yə çırpılıb

Bakının Heydər Əliyev prospektində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə “Koroğlu” metro stansiyasının yaxınlığında baş verib.

 

Zaur Ağayevin yüksək sürətlə idarə etdiyi “Chevrolet” markalı avtomobil yolun kənarında dayanan VAZ-2107-yə çırpılıb.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv