Xəzər daha bir can aldı, Lənkəran sakini dənizdə boğulub

Lənkəran sakini dənizdə batıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə avqustun 17-də axşam saatlarında qeydə alınıb. Lənkəran rayonunun Gərmətük qəsəbə sakini, 26 yaşlı Amil Əhliman oğlu Rzayev dənizdə çimərkən ehtiyatsızlıq səbəbindən batıb. Onun meyiti yaxınlıqdakı şəxslər tərəfindən aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv