Savalan dağına yürüş etmək istəyən azərbaycanlı fəallar saxlanılıb

İranın təhlükəsizlik və informasiya təşkilatı (ETTELAAT) Savalan dağına dinc yürüş etmək istəyən onlarla azərbaycanlını saxlayıb. Həbs olunanlar arasında Həsən Colanı, Cəfər Rüstəmi, Həbib Naqahban, Fərhad Aslani və Səid Hüseyni kimi azərbaycanlı fəallar da var. Bütün saxlanılanlar ETTELAAT-ın Meşkinşəhrdəki mərkəzinə aparılıblar. Onlara qarşı islam rejiminə qarşı yönəlmiş qanunsuz fəaliyyət maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, İrandakı azərbaycanlı fəallar Savalan dağını mübarizələrinin simvolu hesab edirlər və bu məqsədlə hər il onun ətəyinə toplaşırlar.

 

Müəllif | Apa.Tv