Bakıda intihar edən ana və qızı ilə bağlı xəbər var

"Bakıda ana və qızının intihar etməsi faktı ilə bağlı cinayət axtarış tədbirləri davam edir hazırda intiharda təqsirləndirilərək həbs edilən yoxdur". Bu barədə APA TV-yə açıqlamasında Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova bildirib.

 

Onun sözlərinə görə, həmin faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri davam etdirilir.

 

Günel Məmmədova həmçinin qeyd edib ki, bəzi KİV-də həmin hadisə ilə bağlı ailə başçısı Asəf Fərzəliyevin həbs edilməsi barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva özlərini yaşadıqları binanın 9-cu mərtəbəsindən ataraq intihar ediblər. İki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızı itkin düşüb.

 

Müəllif | Apa.Tv