Ukrayna ordusu Luqanskın bir neçə məntəqəsini azad etdi
Ukrayna antiterror qüvvələri Luqansk vilayətində daha bir neçə məntəqəni separatçılardan azad ediblər. APA TV-nin məlumatına görə, Çernuxino yaşayış məntəqəsi terrorçulardan tamamilə təmizlənib. Antiterror qüvvələri Luqansk vilayətinin Xryaşevatoye məntəqəsinə də daxil olublar. Staniçno-Luqanskaya, Yasinovataya, Jdanovka, Nijnaya Krınka məntəqələrində aktiv döyüş əməliyyatları gedir. İlovayskayanın mühasirəsi isə davam edir.
Bu arada separatçılar danışıqlar üçün dəvət etdikləri 3 ukraynalı zabiti əsir götürüblər. Ukrayna hərbçiləri silahsız, ağ bayraqla əvvəlcədən danışıqlar üçün nəzərdə tutulmuş yerə gediblər. Görüşün məqsədi ukraynalı könüllülərin azad edilməsini müzakirə etmək olub.