Türkiyə səfirliyinə atəş açan 43 yaşlı erməni həbs olundu

Türkiyənin Moskvadakı səfirliyinə atəş açan 43 yaşlı erməni Artur Mirzoyan həbs olunub. APA TV-nin məlumatına görə, saxlanan şəxsin Rusiyada fəaliyyət göstərən “Dobrıy les” məhdud məsuliyyətli cəmiyyətin direktoru olduğu aydınlaşıb. Artur Mirzoyan ov tüfəngi ilə səfirlik binasının qapısına vurulmuş Türkiyə Cümhuriyyətinin dövlət gerbinə iki dəfə atəş açıb. Güllələrin hər ikisi gerbə dəyib. Müşahidə kamerasından hadisəni görən mühafizə xidmətinin əməkdaşları Artur Mirzoyanı səfirliyin qarşısında zərərsizləşdiriblər. Saxlanan erməni hüquq-mühafizə orqanlarına təhvil verilib. Hadisənin motivi hələlik açıqlanmayıb.

Müəllif | Apa.Tv