“Gilavar” şadlıq sarayının arxasındakı meşəlik ərazidə yanğın baş verib
Nərimanov rayonunda, “Gilavar” şadlıq sarayının arxasında yerləşən meşəlik ərazidə yanğın baş verib. APA TV-nin məlumatına görə, alovun miqyasının genişləndiyini görən sakinlər dərhal FHN -nin “112 qaynar xətti”nə zəng ediblər. Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Ərazidə yaşayan insanların sözlərinə görə, təxminən 12 sotluq ərazidə bir necə qeyri yaşayış sahəsi söküldükdən sonra tullantılar yığışdırılmayaraq qalıb. Bir necə vaxtdan sonra isə bura zibilliyə çevrilib. Yanğın dab u ərazidə baş verib. Ağaclara qədər qalxan alov FHN -nin əməkdaşları tərəfindən söndürülüb.