Ağdaş sakini qaynına 12 bıçaq zərbəsi vurub

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini 1979-cu il təvəllüdlü Babazadə Rəmzi Məcnun oğlu yaşadığı evə qonaq gələn qaynı 1990-cı il təvəllüdlü Hüseynov Tural Rəhman oğlu ilə aralarında ailə münaqişəsi zəmnində dava baş verib. Rəmzi Babazadə mətbəx bıçağı ilə qaynı Tural Hüseynovun bədəninin müxtəlif nahiyələrinə 12 bıçaq zərbəsi vuraraq xəsarət yetirib. Tural Hüseynov ölümcül vəziyyətdə Ağdaş Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov