Azərbaycanda daha bir əsgər ölümü...
Azərbaycanda daha bir əsgər ölümü qeydə alınıb. APA TV-nin məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının əsgəri, Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü, sıravi Təhməzli Fərid Aslan oğlu 18 avqust tarixində saat 19:20 radələrində xidmət etdiyi postda ona təhkim olunan silahdan özü tərəfindən açılan atəş nəticəsində ölüb.
Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.