Türkiyədə kütləvi həbslər başladı, 32 polis həbs olundu

Türkiyədə hərbi casusluqla bağlı irimiqyaslı əməliyyat keçirilib. APA TV-nin məlumatına görə, eyni zamanda 13 vilayətdə keçirilən əməliyyat zamanı 32 polis əməkdaşı həbs edilib. Əməliyyatların mərkəzi İzmir şəhəri olub. Həbs edilənlərin əksəriyyəti sabiq nəqliyyat naziri Binəli Yıldırımın bacanağının rüşvət və korrupsiya əməllərində iştirakını ifşa etmək məqsədilə gizli dinləmələr keçirən polislərdir. Həbslər əsasən, İzmir, Aydın və Ərzurum vilayətlərində keçirilib. İzmirdə həbs olunan polislər arasında polis rəisinin müavini də var. Qeyd edək ki, bundan əvvəl hərbi casusluqla bağlı başlanan cinayət işi üzrə 10 nəfər həbs olunub, 357 nəfər şahid qismində dindirilib.

Müəllif | Apa.Tv
Apa.tv