Bakıda 5 nəfəri gün vurub
Son günlər havaların isti keçməsi ilə əlaqədar xroniki xəstəliklərin ağırlaşması və günvurma halları artıb. Avqustun 18-də Bakı Şəhəri Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına 1800-ə yaxın müraciət daxil olub. Müraciətlərdən 5- günvurma ilə əlaqədardır. Gün vuran vətəndaşlara ilkin tibbi yardım göstərilib, onlardan vəziyyətləri nisbətən ağır olan iki nəfər xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, Azərbaycan ərazisində isti havalar avqustun sonuna kimi davam edəcək. Həkimlər isti havalarda, xüsusilə günorta saatlarında vətəndaşlara gündən qorunmağı tövsiyyə edir.