Ukrayna ordusu Luqanskın 4 rayonundan birini azad etdi

Ukrayna antiterror qüvvələri Luqanskın 4 rayonundan birini azad ediblər. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin rəhbəri Andrey Lısenko deyib. Onun sözlərinə görə, azad edilmiş Jovtnevıy rayonundan istisna olmaqla şəhərin mərkəzi hissəsində küçə döyüşləri gedir.

 

Qeyd edək ki, Ukrayna ordusu bundan əvvəl Luqanskı separatçıların nəzarətində olan digər ərazilərdən ayırmağa müvəffəq olmuşdu.
 

Bu arada Luqanskı tərk edərkən “Qrad” atəşinə məruz qalan mülki maşın karvanında ölənlərin sayı açıqlanıb. Andrey Lısenko bildirib ki, ötən gecə aparılan axtarışlar zamanı hadisə yerində 15 meyit aşkar edilib. Axtarışlar hələ də davam etdirilir.
 

Almaniyanın kansleri Angela Merkel isə avqustun 23-də Kiyevə səfər etməyi planlaşdırır. Onun Ukrayna prezidenti Pyoty Poroşenko, baş nazir Arsenin Yasenyuk və yerli siyasətçilərlə görüşü gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv