İŞİD amerikalı jurnalist Ceyms Folinin başını kəsib - VİDEO

İŞİD iki əvvəl Suriyada qaçırdığı amerikalı jurnalist Ceyms Folinin başının kəsilməsi kadrlarını yayımlayıb. "Amerikaya mesaj" adlı videoda jurnalist Foli başı kəsilməzdən qabaq öldürüldüyünə görə Amerika hökumətini günahlandırır: "Dostlarımı, ailəmi, sevdiklərimi mənim əsl qatilim olan Amerika hökumətinə qarşı ayağa qalxmağa çağırıram. Mənim bir azdan başıma gətiriləcək şey Amerika hökumətinin günahlarının nəticəsidir”.

 

Ağ Ev isə məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada videodakı kadrların montaj olub-olmadığının araşdırıldığı bildirilir.
 

Daha sonra videoda İŞİD üzvü Britaniya ləhcəsi ilə açıqlama verən şəxsin Ceyms Foli olduğunu bildirib. O Amerika Hava Qüvvələrinin hər gün İŞİD-in mövqelərinə hücum etdiyini deyərək, jurnalistin başını kəsib.

 

Daha sonra videoda Foli kimi itkin düşmüş digər jurnalist Stiven Sotlof görünür. İŞİD üzvü onun taleyinin Barak Obamanın növbəti qərarından asılı olduğunu bildirərək rəsmi Vaşinqtonu təhdid edib.

Müəllif | Apa.Tv
Apa.tv