Bakı sakini bir kəllə zərbəsi ilə qətlə yetirildi

Bakıda qətl hadisəsi baş veribNizami Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində qeydə alınıb.  8 km bazarında işləyən yoldaşlar əvvəl yeyib iciblər.

 

Kəlbəcər rayon sakini Aqşin Abdullayev bazarda  avtomobil  gözətçisi işləyən  Heydər Ağayevə  başı ilə yalnız bir zərbə vurduğundan başqa hec nə xatırlamadığını deyir.  İstintaqla müəyyən olunub ki , Aqşin  Ağayev yerə yıxılandan sonra onun baş nahiyəsinədə təpiklə zərbələr endirib. Ağır bədən  xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yaralının həyatının xilas etmək mümkün olmayıb.  Faktla bağlı Nizami rayon prokurorluğu tərəfindən  qəsdən adam öldürmə maddəsi ilə cinayət işi acılıb istintaq gedir. 

Müəllif | Apa.Tv
Apa.tv