Metronun havalandırma sistemi, yoxsa zibilxana? - REPORTAJ
İndi söhbət açacağım məkan paytaxtdan çox da uzaq olmayan bir ərazidən, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığından gedir. Bura gəlişimiz heç də təsadüfi deyil. Ərazidə yaşayan sakinlərin şikayəti əsasında yolumuzu buradan saldıq. Şikayət isə bir qədər fərqlidir. Əvvəllər də paytaxtda yol kənarlarının, parkların məişət tullantıları ilə zibilləndiyini az eşitməmişik. Amma bu dəfə zibilxanaya çevrilən metronun havalandırma sistemlərinin qurğularıdır. Əvvəlcə gördüklərimizə bir qədər təəccüb etdik. Niyə bu böyüklükdə ərazidə zibilləri tökmək üçün hədəf metronun havalandırma sistemi seçilib? Müşahidələrimiz onu göstərdi ki, metro qurğuları mağazaların yaxınlığında, yol kənarında yerləşdiyindən buradan keçən sakinlər özlərinə əziyyət verib əllərində olan boş qabları bir neçə metr kənarda yerləşən zibil qutularına deyil, metro qurğularının içərisinə tullayırlar.
Titr. “Yay başlayandan camaat suyu içib bura tökür. Heç kim bunun ziyanını fikirləşmir. Heç kim gəlib təmizləmir. Bu qurğu metronun hava təmizləmə qurğusudur. Görün bu qurğu tutulursa, nə baş verər?”
Titr. “Bura kimsə zibil atırsa, kənardan baxan cavanlar da onlara baxıb zibili hara gəldi tullayacaqlar. Bura baxın, mağazanın qarşısıdır, yer bütün zibildir. Bunu əlbəttə ki, yoldan keçən sakinlər atır. Onlar fikirləşmirlər ki, bu ilk növbədə mədəniyyətsizlikdir”.
“Sakinlərlə apardığımız söhbət zamanı məlum oldu ki, ərazidə zibil qutularının olmaması səbəbindən sakinlər zibilləri məhz metro qurğularının içinə atırlar. Burada isə istənilən növ su qabları görmək mümkündür”.
Apardığımız müşahidələr zamanı ərazidəki digər metro qurğularının ətrafının dəmir parçaları ilə qorunduğunu gördük. Bəlkə də elə bu səbəbdəndir ki, həmin qurğular zibillikdən qorunur.
Qeyd edək ki, sözü gedən ərazidə Bakı Metropoliteni tərəfindən yeni metro xəttinin tikintisi aparılır.