ALS üçün başına bir vedrə buzlu su tök!
ALS üçün başından aşağı bir vedrə buzlu su tök! APA TV-nin məlumatına görə, Türkiyə və bütün dünyada ALS xəstəliyinə diqqət çəkmək və bu xəstəlikdən əziyyət çəkənlərə maddi yardım etmək məqsədi ilə geniş kampaniya başladılıb.
Başına bir vedrə buzlu su tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edir. Həmin şəxslər başına bir vedrə buzlu su tökə bilməsə ALS xəstələrinə 100 dollar verməlidir.
İndiyə kimi bu kampaniyaya "Facebook"un yaradıcısı Mark Zükerberq, "Microsoft"un prezidenti Bil Qeyts, müğənni Jenifer Lopez, Hülya Avşar, futbolçu Arda Turan və digər məşhurlar qatılıb.
Ölkəmizdə də, ALS xəstələrinə dəstək verənlər olub. Gənclər başlarına bir vedrə buzlu su tökərək, azərbaycanlı müğənniləri bu hərəkəti təkrarlamağa çağırıblar.