Bakıda dəhşətli qəza: sürücü bir ayağını itirdi

Paytaxtın  Binəqədi  rayonunda  ağır  yol  qəzası  baş verib.  APA TV-nin məlumatına görə, hadisə  Bakı-Şamaxı  yolunun  Sulutəpə  qəsəbəsi ərazisindən keçən hissəsində  qeydə alınıb. İkinci qrup əlil, 53 yaşlı  Rasim Quliyev  idarə etdiyi  "VAZ -2109" markalı avtomobillə  Şamaxıdan  paytaxt  istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarə etməni itirərək avtomobili  yol ayrıcına çırpıb. Zərbə güclü olduğundan avtomobil yol ayrıcını aşıraraq yolun əks  istiqamətinə  düşüb. Baş verən qəzadan sonra  sürücü  Rasim Quliyev bir ayağını itirib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar. Yaralı  1 saylı şəhər  kliniki xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kafi qiymətləndirilir. İlkin ehtimala görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv