Rusiyada azərbaycanlı taciki bıçaqladı

Yekaterinburqun 4 nömrəli tərəvəz bazarında taciklə azərbaycanlı arasında dava baş verib. APA TV-nin məlumatına görə, dava zamanı milliyyətcə tacik olan şəxs çoxsaylı bıçaq yarası alıb. Yaralanan şəxs Yekaterinburq xəstəxanalarından birinə çatdırılıb. Onun durumu açıqlanmır.

Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə idarəsi faktı təsdiqləyib. İdarəyə iki şəxs arasında bıçaq davasının olması barədə məlumat daxil olub. Lakin hüquq-mühafizə orqanları hadisə yerində heç kəsə rast gəlməyiblər.

Xatırladaq ki, son vaxtlar 4 nömrəli bazarda bu kimi münaqişələr tez-tez baş verir.

Müəllif | Apa.Tv
Apa.tv