Baş prokuror özünü körpüdən atmaq istəyən şəxsi qəbul edib

Bakıda körpüyə çıxaraq intihar etmək istəyən Fəqan Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar SultanovAPA-ya bildirib ki, Bakı Metropoliteninin “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən Səbail rayon sakini Nəsibov Fəqan Sabir oğlu baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilərək dinlənilib. Fəqan Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Müəllif | Apa.Tv
Apa.tv