AKP sədrliyinə və Türkiyənin baş nazirliyinə namizədin adı rəsmən açıqlandı

Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra baş nazir postunu kimin tutacağı bəlli oldu. Yeni baş nazirin müəyyənləşdirilməsi üçün hakim Ədalət və İnkişaf Partiyasında sonuncu dəfə Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplatnı keçirilib.

 

Mərkəzi İdarə Heyətinin toplantısı təxminən 3 saat davam edib, partiyanın yeni sədri və baş nazirliyə namizədin adı məlum olub. Adı Ərdoğan açıqlayıb: xarici işlər naziri Əhməd Davutoğlu!

 

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Davutoğlunun namizədliyinin irəli sürülməsində paralel quruluşla mücadilə əzminin də təsiri olub. Onun sözlərinə görə, son vaxtlar partiyada çatların əmələ gəlməsinə çalışanlar olsa da, buna imkan verilməyib.

 

Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hakim opartiyanın sədri və baş nazir eyni adam olmalıdır. Onun fikrincə, fərqli partiya sədri və baş nazir qüvvənin parçalanması ilə nəticələnə bilər.

 

Qeyd edək ki, hakim AKP-nin qurultayı 27-nə  təyin olunub. Partiyanın yeni rəhbəri də qurultayında müəyyən ediləcək.

 

Xatırladaq ki, AKP sədri və hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan avqustun 11-də keçirilmiş seçkilərdə Türkiyənin prezidenti seçilib.

 

Müəllif | Apa.Tv