Bakıda dirəyə çırpılan “Mercedes”in sürücüsü yaralı qadını atıb qaçdı

Ötən gecə Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Tbilisi prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobilin sürücüsü  Əbdülvəhab Salami küçəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman əsas yola çıxmaq istəyib. Bu zaman sürücü idarəetməni itirərək maşını beton arakəsməyə çırpılıb.

 

Sürücü qəzadan sonra hadisə yerini tərk edib. Maşında olan qadın sərnişin isə xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

 

Qəzadan sonra Tbilisi prospektində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunub

 

Qəzanın dəqiq səbəbi avtotexniki ekspetzianın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv