Ağstafada yük maşınları toqquşdu: yaralanan var

Bakı-Qazax avtomagistralının 464-cü kilometrliyində ağır yol nəqliyyat hadisəsi  baş verib. Qəza Ağstafa rayonun Aşağı Göycəli kəndi ərazisində qeydə alınıb. İritonnajlı yük avtomobillərinin  toqquşması nəticəsində sürücülərdən biri ağır yaralanıb.

 

Qazax rayonunun Kosalar kənd sakini 43 yaşlı Binnət Əhmədov idarə etdiyi "Man" markalı avtomaşınla ötmə əməliyyatını düzgün həyata keçirmədiyindən qarşıdan gələn və Türkiyə vətəndaşı Tuncay Ayazın idarə etdiyi TIR-la toqquşub.

 

TIR-ın sürücüsü Qazaxdan Bakı istiqamətində getdiyini, qarşıdan gələn yük maşınının isə onun yoluna çıxdığını iddia edir:

 

Qəza nəticəsində "MAN" markalı avtomobilin sürücüsü Binnət Əhmədov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi  qiymətləndirirlər. 

 

Faktla Bağlı BDYP-nın İstintaq və Təhdiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli