Cəlilabadda naməlum kişi meyiti tapılıb

Cəlilabadda naməlum kişi meyiti tapılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, şəhərin  Qurtuluş küçəsindəki Şadlıq sarayının arxasındakı kolluğun içrəsində olan meyit ərazidə yaşayan sakinlər tərəfindən aşkar olunub.

 

Dünyasını dəyişmiş şəxsin Cəlilabad şəhərinin Cavanşir küçəsinin sakini, 50 yaşlı  Abas Fazil oğlu Məmmədov olduğu  müəyyənləşib.  Meyit uzun müddət qaldığından çürüyərək tanımaz hala düşüb. Lakin mərhumun yaxınları əynindəki paltarından onu tanıya biliblər.

 

Qeyd edək ki, mərhum Abas Məmmədov ailəli olub, Lakin içki düşkünü olduğu üçün bir müddət əvvəl ailəsindən ayrılıb və səfil həyat tərzi sürüb. İkin ehtimallara görə, onun ölümünə də  məhz normadan artıq içkini qəbul etməsi səbəb olub.

 

Faktla bağlı araşdıma aparılr.

 

Müəllif | Apa.Tv