Sahibsiz it 7 yaşlı uşağı dişlədi
Şəkidə 7 yaşlı uşağı sahibsiz it dişləyib. Rayon Mərkəzi Xəstəxanasından APA-TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aşağı Daşağıl kənd sakini, 2007-ci il təvəllüdlü Xəqan Babayev bədəninin baş nahiyəsi və aşağı ətrafın sol bud hissəsinin it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim araşdırmasından sonra məlum olub ki, 7 yaşlı Xəqan Babayevi sahibsiz it dişləyib. Ona xəstəxanada lazımi ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd edildikdən sonra evə buraxılıb.