Bakılı tenor Yusif Eyvazov dünya operasının ulduzu ilə nişanlandı
Bakılı tenor Yusif Eyvazov dünya operasının ulduzu Anna Netrebko ilə nişanlanıb. APA TV-nin məlumatına görə, xoşbəxt cütlük Zalsburqda möhtəşəm nişan mərasimi keçiriblər. Mərasim krallara xas şəkildə olub, mərasimə ağ atlar qoşulmuş ağ rəngli karetdə gələn gəlin hər kəsə son dərəcə bahalı üzüyünü nümayiş etdirib. Yusif Eyvazov və Anna Netrebko nişan fotolarını sosial şəbəkələrdə öz pərəstişkarları ilə paylaşıblar. Qeyd edək ki, Anna Netrebko hazırda dünya operasının parlayan ulduzlarından biridir, onun bir çıxış üçün qonorarı 50 min dollar təşkil edir. Yusif və Anna qışda Romada Puççininin “Manon Lesko” operasında tərəf-müqabil olublar, martda isə bakılı tenor Anna Netrebko ilə nişanlandığını bəyan edib. Yusif Eyvazov öz həyat yoldaşından 9 yaş kiçikdir, Anna bundan əvvəl altı il uruqvaylı bariton Ervin Şrottla ailəli olub. Yusif və Annanın toyunun nə zaman olacağı açıqlanmır.