Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib

Bakıda yaşayış binasında yanğın baş verib. Hadisə 28 may küçəsində qeydə alınıb. Hadisə yerinə FHN - nin Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi və Səbail rayonlarının yanğınsöndürmə briqadaları cəlb olunub. İlkin versiyaya görə, hadisəyə səbəb naqillərdə baş verən qısa qapanma olub.

Yanğınsöndürmə qərargahının rəis müavini Xudat Nəbiyevin sözlərinə görə, yanğın 16 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən başlayıb və 6-cı mərtəbəyə kimi bütün elektrik naqilləri yanıb. Yanğın təxminən 12 paqometr sahəni əhatə edib.

Binanın sakinləri dərhal təxliyə edilib, yanğının qarşısı qısa müddət ərzində alınıb. Xəsarət alan olmayıb, faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv